Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində Süsən Mənsimova fərqlənib.
