DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda keçiriləcək Rusiya – Azərbaycan oyunu ərəfəsində millimizin açıq məşqinin və baş məşqçi Berti Foqtsun mətbuat konfransının vaxtı açıqlanıb.
Korner.az-ın məlumatına görə, açıq məşq ayın 14-də, mətbuat konfransı isə bir gün sonra olacaq:
14 oktyabr, saat 19:00 (Bakı vaxtı ilə saat 20:00)
"Lujniki" stadionu, II meydança ("Severnoe yadro")
Millinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi
15 oktyabr, saat 12:00 (Bakı vaxtı ilə saat 13:00)
"Golden Ring/Zolotoe Koltso" oteli, Vladimir zalı
Baş məşqçi Berti Foqtsun mətbuat konfransı
