DÇ-2014-ün seçmə qrup oyununda oktyabrın 16-da Rusiya yığma komandasının qonağı olacaq Azərbaycan millisi Rəşad Sadıqovun xidmətindən yararlana biləcək.
Korner.az-ın məlumatına görə, kapitan bu gün milli komanda ilə birgə Moskvaya yollanacaq. Sadıqovun millinin son məşqində iştirak edə bilməsi onun Rusiya ilə oyuna komandaya kömək edə biləcəyindən xəbər verir.
