Dünən İsrail seçməsi ilə qollu heç-heçə edən millimiz (1:1) bu gün Portuqaliyaya yollanacaq.
Korner.az-ın məlumatına görə, sentyabrın 11-də DÇ-2014-ün seçmə mərhələ oyunu çərçivəsində səfərdə Portuqaliya millisinin qonağı olacaq Berti Foqtsun yetirmələri səfərə erkən yollanmağı qərar alıblar. Milli komandamız bu gün saat 15:00-da çarter reysiylə vətəni tərk edəcək.
