Milli komandamız beynəlxalq turnirdə iştirak edəcək
30.08.2019 , 23:20

Futzal üzrə Azərbaycan milli komandası Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019” beynəlxalq turnirində iştirak edəcək.
Korner.az federasiyanın saytına istinadən xəbər verir ki, millimiz sentyabrın 22-dən 25-dək keçiriləcək turnirdə Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.
Turnirin təqvimi:
22 sentyabr
Saat 13:00 Qazaxıstan – İran
Saat 15:30 Rusiya – Azərbaycan
23 sentyabr
Saat 16:00 İran – Azərbaycan
Saat 18:00 Qazaxıstan – Rusiya
25 sentyabr
Saat 15:00 Azərbaycan – Qazaxıstan
Saat 17:30 Rusiya – İran
Qeyd edək ki, oyunların başlama saatı yerli vaxtla göstərilib.
