Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam edir.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış çərçivəsində milli komanda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ”a dəstək olacaq.
Milli komandanın üzvləri noyabrın 6-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dnepr” (Ukrayna) qarşılaşmasını stadiondan canlı izləyəcək.
