Milli komandada yeni baş məşqçi
05.03.2020 , 19:47

Fil Dişi Sahili yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komanda Patris Bomelə tapşırılıb.
41 yaşlı fransalı mütəxəssislə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
O, bu postda bir neçə gün öncə istefaya göndərilən İbrahim Kamaranı əvəz edib.
