Futbol üzrə Peru yığması 2018-ci ilin dünya çempionatında iştirakdan məhrum edilə bilər
Bu barədə “Libero” məlumat yayıb.
Qeyd edilir ki, ölkə rəsmisi Paloma Noseda Perunun Futbol Federasiyasının dövlətin tam nəzarəti altına keçidini nəzərdə tutan qanunun qəbulunu təklif edib. Belə təcrübə FİFA qaydalarına əsasən qadağandır.
Qanun qəbul edilərsə, FİFA Perunun Futbol Federasiyasını tərkibindən çıxara bilər. Beləliklə, ölkənin komandası ÇM-2018-də çıxış etmək imkanlarına malik olmayacaq.
