Milli İsveçə böyük hesabla məğlub oldu
28.03.2023 , 00:39

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə İsveçlə üz-üzə gəlib. Görüş millinin böyükhesablı məğlubiyyəti ilə bitib – 0:5.
Azərbaycan yığması ilk oyunda Avstriyaya (1:4), İsveç isə Belçikaya uduzub (0:3).
Qrupun digər matçında Avstriya Estoniyanı qəbul edəcək.
Avro-2024
Seçmə mərhələ, II tur
27 mart
22:45 İsveç – Azərbaycan – 5:0
22:45 Avstriya – Estoniya
Xal durumu: Avstriya – 3, Belçika – 3, Estoniya – 0 (oyun keçirməyib), İsveç – 0, Azərbaycan – 0
