Milli İngiltərəyə məğlub oldu
22.03.2024 , 17:56

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv F qrupunda İngiltərə ilə qarşılaşıb.
“Azərsun Arena”da keçirilən görüşdə millimiz 5:1 hesabı ilə məğlub olub.
22 mart
Avropa çempionatının seçmə mərhələsi
F qrupu
16:00. Azərbaycan – İngiltərə – 1:5
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, “Azərsun Arena”
