Milli İngiltərəyə qalib gəldi
09.10.2024 , 23:30

Minifutbol üzrə Azərbaycanın U-23 milli komandası dünya çempionatında növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirin 1/4 finalında İngiltərə millisi ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
