Milli ilk oyunda məğlub oldu
08.08.2022 , 21:42

Futbol üzrə Azərbaycan millidi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv B qrupundakı ilk sınağında Səudiyyə Ərəbistanı seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə vurulub.
Bu qrupun digər görüşündə Mərakeş millisi İrana 3:0 hesabı ilə qalib gəlib.
