Milli ikinci oyunda da qələbə qazandı
20.04.2023 , 17:46
Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, Şimali Makedoniya U-17 komandası ilə qarşılaşan millimiz qələbə qazanıb – 2:1.
Komandamızın qollarını oyunun 89-cu və 90+3-cü dəqiqlərində Röyal Fərzullazadə vurub.
Bu komandalar arasında aprelin 18-də keçirilmiş ilk oyun da futbolçularımızın qələbəsi ilə (1:0) yekunlaşmışdı.