Milli ikinci oyunda da məğlub oldu
08.08.2023 , 21:24

Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB Oyunlarında iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.
Korner.az xəbər verir ki, qırğızıstanlı yaşıdları ilə qarşılaşan yığmamız 2:5 hesabı ilə məğlub olub.
U-19-un qollarını Rüfət Məmmədli və Fərid Abbasov vurub.
Millimiz turnirdə növbəti oyununu sabah saat 17:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.
