Milli iki yoxlama oyunu keçirəcək
07.02.2022 , 16:04

Azərbaycan millisi mart ayında iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz martın 25-də Maltada, martın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.
Hər iki oyun Maltada (National Stadium) keçiriləcək və matçlar müvafiq olaraq Bakı vaxtı ilə saat 22:00 və 16:00-da başlayacaq.
