Milli iki yoldaşlıq görüşü keçirəcək
13.09.2022 , 12:58

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki matç keçirəcək.
Korner.az AFFA-nın saytına xəbər verir ki, yığma sentyabrın 24-də Qırğızıstan, 27-də isə Moldova ilə qarşılaşacaq.
Hər iki qarşılaşma saat 19:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
