Milli Gürcüstana məğlub oldu
13.10.2020 , 21:00

Bu gün Azərbaycan U-21 millisi AVRO-2021-in seçmə mərhələsində növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, II qrupda yer alan Milan Obradoviçin yetirmələri Gürcüstanla üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə bitib – 1:0.
AÇ-2021-in seçmə mərhələsi
II qrup
13 oktyabr
19:00. Gürcüstan – Azərbaycan – 1:0
Qol: Quliaşvili, 42
Baş hakim: Dmitri Dmitriyev (Belarus)
Qori. Tengiz Burjanadze stadionu
