Milli Gürcüstana məğlub oldu
22.01.2022 , 20:17
Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatındakı çıxışına başlayıb.
Korner.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi komanda D qrupunda mübarizə aparır.
Millimiz ilk görüşünü Avropa çempionatının debütantı Gürcüstan millisinə qarşı keçirib və 2:3 hesabı ilə məğlub olub.
Avropa çempionatı
Qrup mrhələsi, I tur
22 yanvar
17:30. Gürcüstan – Azərbaycan – 3:2
Qroningen, Niderland
“Martini Plaza” arenası
Hakimlər: Sedrik Pelisye(Fransa), Daniel Matkoviç (İsveçrə), Nikola Yeliç (Xorvatiya)
Qrupun digər oyununda 23:30-da İspaniya və Bosniya və Herseqovina milliləri üz-üzə gələcək.
