Milli geriləyəcək – yeni reytinq cədvəli
06.02.2019 , 12:04

FIFA-nın sabah milli komandalar üçün açıqlayacağı reytinq sıralamasının ehtimallar cədvəli məlum olub. Azərbaycan yığmasının hansı mövqedə qərarlaşacağı da bəllidi.
Yığmamız 1 pillə geriləyəcək. Ötən siyahıda 107-ci olan milli bu dəfə 108-ci sırada qərarlaşacaq. Yığmanın xal hesabında isə dəyişiklik gözlənilmir – 106 xal. Azərbaycanın geriləməsinə səbəb İordaniyanın irəliləməsi olub. Millinin ən yaxın qonşuları Madaqaskar (107) və Niger (109) olacaq.
Sıralamaya əvvəlki kimi Belçika başçılıq edəcək. Fransa 2-ci, Braziliya 3-cü olacaq.
