Milli Farer adalarına qalib gəldi
06.04.2022 , 20:39

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, millimiz Şimali İrlandiyada Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.
U-19-un qollarını 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurub. Komandamız növbəti oyununu aprelin 9-da Malta yığmasına qarşı keçirəcək.
6 aprel
17:00. Farer adaları – Azərbaycan – 0:2
Baş hakim: Triinu Laos (Estoniya)
