Milli Estoniyaya qalib gəldi
13.10.2023 , 22:03

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Estoniyanın qonağı olub.
Görüş Azərbaycan milli komandasının qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda Avstriya Belçikanı qəbul edəcək.
Avro-2024
Seçmə mərhələ, VII tur
13 oktyabr
20:00 Estoniya – Azərbaycan 0:2
Qollar: Toral Bayramov, 9, Ramil Şeydayev, 45+4 (pen)
Baş hakim: Robert Şröder (Almaniya)
Tallin, “Le Kok” arena.
