Milli Ermənistanla eyni qrupda
15.02.2022 , 18:52
20 yaşadək basketbolçular arasında Avropa çempionatının püşkü atılıb.
Korner.az xəbər verir ki, C divizionunda mübarizə aparacaq Azərbaycan yığması B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqa rəqib olub.
San-Marinonun Serravalle şəhərində təşkil olunacaq turnir iyulun 24-31-də keçiriləcək.