Milli Drammendə oynayacaq
15.04.2022 , 10:08

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Norveç yığmasına qarşı keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsinin matçı iyunun 14-də keçiriləcək. Oyun saat 20:00 başlayacaq.
Norveç – Azərbaycan görüşü Drammen şəhərindəki “Marienlyst Stadium”da keçiriləcək.
