Milli Bolqarıstana məğlub oldu
06.04.2024 , 17:08

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, milli B Liqasının 4-cü qrupunda Latviyanın Salaspils şəhərindəki “Salaspils BSS” stadionunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu aprelin 9-da, saat 16:00-da “LNK Sporta Parks” stadionunda Latviyaya qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi turnirdə ilk görüşündə Monteneqroya 0:4 hesabı ilə uduzmuşdu.
