Milli beynəlxalq turnirdə iştirak edəcək
04.05.2022 , 16:12

Bu gün Daşkənddə Özbəkistanın ilk qrossmeysteri olan Georgiy Aqzamovun xatirəsinə həsr olunmuş şahmat üzrə beynəlxalq turnir start götürəcək.
Korner.az xəbər verir ki, 15-ci dəfə keçiriləcək yarışda ən güclülərin mübarizə aparacağı A turnirində Azərbaycan şahmatçıları Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Şahin Vəliyev iştirak edəcək. On turdan ibarət olacaq yarış İsveçrə sistemi üzrə keçiriləcək.
Xatirə turniri mayın 11-də yekunlaşacaq.
