Milli Belçikaya məğlub oldu
17.01.2022 , 19:33

Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib
Korner.az xəbər verir ki, komanda Borqlon şəhərində Belçika yığmasının qonağı olub. Bu görüşdə yığma 3:5 hesabı ilə uduzub.
Millimizin heyətində qolları 17-ci dəqiqədə Vassura, 31-ci dəqiqədə Everton Kardoso və 37-ci dəqiqədə Tyaqo Bolinya vurublar.
17 yanvar
Belçika – Azərbaycan – 5:3
