Milli Belarusla qarşılaşacaq
09.07.2022 , 16:46

AVRO-2023-ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Belarusa yollanıb.
Korner.az xəbər verir ki, komandamız Minskdə iyulun 16-dək hazırlıq keçəcək.
Voleybolçularımız burada təlim-məşq toplanışı ilə yanaşı, yerli yığma ilə yoldaşlıq görüşlərində gücünü də yoxlayacaq.
Minsk hazırlığının ardınca Belarus yığması Bakıya səfər edəcək. 2 komandanın paytaxtda birgə məşqi və bir necə yoxlama matçı nəzərdə tutulub.
