Cüdo

Milli Avstriyada təlim-məşq toplanışında

07.06.2022 , 17:56

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avstriyanın Qras şəhərində beynəlxalq təlim-məşq toplanışına start verilib.

Korner.az xəbər verir ki, ötən gün başlayan və 3 gün davam edəcək təlim-məşq toplanışında Azərbaycanın gənclərdən ibarət milli komandasının 14 üzvü də iştirak edir.

Azərbaycan cüdoçuları 8-12 iyun tarixlərində Leybnits şəhərində keçiriləcək daha bir beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.

Son yazılar

Yuxarı