Milli Avropa çempionatında mübarizəni dayandırdı
06.06.2024 , 20:43

Minifutbol üzrə milli komandamız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.
Korner.az xəbər verir ki, 1/4 finalda Qazaxıstanla qarşılaşan millimiz məğlub olaraq turnirlə vidalaşıb.
Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha güclü olan Qazaxıstan (7:6) millisi yarımfinala çıxıb.
