Milli artıq Xorvatiyadadı – FOTO
25.01.2020 , 21:35

DÇ-2020-nin elit-raund mərhələsinə hazırlaşan Azərbaycan milli komandası bu gün oyunların keçiriləcəyi Xorvatiyaya yola düşüb.
Korner.az xəbər verir ki, Bakı-İstanbul-Zaqreb reysi ilə adıçəkilən ölkənin paytaxtına yollanan futzalçılarımız oyunların keçiriləcəyi Osiek şəhərinə avtobusla gediblər.
Komanda “Osiek” otelində məskunlaşıb və bu gün ilk məşqinə çıxacaq.
