Milli Albaniyaya məğlub oldu
19.03.2025 , 22:00

Azərbaycan U-17 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gəlib.
Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçirilən qarşılaşmada millimiz 1:4 hesabı ilə məğlub olub.
19 mart
18:00. Azərbaycan (U-17) – Albaniya (U-17) – 1:4
Qollar: Rzayev, 47 – Gjoka, 7, 53, 64, Kulla, 76
Elbasan Arena.
