Milli “Alanyaspor”a qalib gəldi
22.01.2020 , 18:08

Antalyada təlim-məşq toplanışı davam edən 19 yaşlılardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Samir Əliyevin yetirmələri “Alanyaspor”un U19 komandası ilə qarşılaşıb. Yığma bu görüşdən qələbə ilə ayrılıb – 4:2.
Xatırladaq ki, Azərbaycan millisi 25 və 27 yanvarda isə Şimali Makedoniyanın U-19 yığması ilə qarşılaşacaq.
16:00. Azərbaycan U-19 – Alanyaspor U-19 – 4:2
Qollar: Mustafa Yıldırım, 18, 55, Emil Qasımov, 41, Balamirzə Soltanov, 61
Antalya. “Cornelia De Luxe Resort”un stadionunda
