Xorvatiya finalda!
15.06.2023 , 01:51

Bu gün UEFA Millətlər Liqasında “Dördlər finalı”na start verilib.
Korner.az xəbər verir ki, yarımfinalın ilk oyununda Niderland yığması Xorvatiya ilə üz-üzə gəlib.
Oyunun əsas vaxtı 2:2 heç-heçə bitib. Bu səbəndən əlavə vaxta ehtiyac duyulub. Xorvatlar 2 qol vuraraq tarixində ilk dəfə adını finala yazdırıb.
UEFA Millətlər Liqası
“Dördlər finalı”
Yarımfinal mərhələsi
14 iyun
22:45 Niderland – Xorvatiya – 2:4
Qollar: D.Malen, 34, N.Lanq, 90+6 – A.Kramariç, 55 (p), M.Paşaliç, 73, B.Petkoviç, 90+8, L.Modriç, 115 (p)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
