Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atılır – Bu gün
03.12.2018 , 12:00

Bu gün Millətlər Liqasında “Dördlər finalı”nın püşkatma mərasimi keçiriləcək
İrlandiyanın paytaxtı Dublində təşkil ediləcək mərasim Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Portuqaliya, Hollandiya, İngiltərə və İsveçrənin iştirak edəcəyi püşkdə yarımfinal cütləri müəyyənləşəcək.
Qeyd edək ki, Portuqaliyada keçiriləcək “Dördlər finalı”nın yarımfinalları 2019-cu il iyunun 5-6-da, final və 3-cülük görüşü isə iyunun 9-da olacaq.
