Millətlər Liqası: millimizin rəqibləri müəyyənləşdi
03.03.2020 , 21:39

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilir.
Korner.az xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda olacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Püşk millimizin ilk dəfə çıxış edəcəyi C Liqasındakı rəqibləri müəyyənləşdirib. Azərbaycan yığması çətin qrupa düşüb. Belə ki, rəqiblərimiz Moneteqro, Kipr və Lüksemburq yığmaları olub.
D liqası
1-ci qrup: Farer adaları, Latviya, Andorra, Malta
2-ci qrup: Cəbəllütariq, Lixtenşteyn, San-Marino
C liqası
1-ci qrup: Monteneqro, Kipr. Lüksemburq, Azərbaycan,
1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq
4-cü səbət: Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova
A liqası
1-ci səbət: Portuqaliya, Niderland, İngiltərə, İsveçrə
2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya
3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç
4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya
B liqası
1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya
2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya
4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya
Millətlər Liqasının qrup oyunlarının təqvimi
I tur: 1 – 3 sentyabr
II tur: 6 – 8 sentyabr
III tur: 8 – 10 oktyabr
IV tur: 11 – 13 oktyabr
V tur: 12 – 14 noyabr
VI tur: 15 – 17 noyabr
Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2-6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi eyni zamanda son Avropa çempionu olan Portuqaliya millisidir.
