Əsas

“Millətimizi qınamıram” – Kamran Ağayev

08.09.2018 , 00:15

“Xal İtirdik. Nəticə üçün bütün oyunları udmaq lazımdır. Evdə azarkeşlərin, xalqın önündə oynamaq daha rahatdır”.

Bu sözləri jurnalistlərə açıqlamasında millimizin kapitanı Kamran Ağayev deyib. Təcrübəli qolkiper milli komandamızın Millətlər Liqasının Kosovo ilə 0:0 hesablı heç-heçə etdiyi oyundan sonra fikirlərini bölüşüb: “Kosovo bizim üçün asan rəqib deyil. Əgər final mərhələsinə çıxmaq istəyiriksə, bütün görüşləri udmalıyıq. İlk oyunda gərginlik var idi. Start oyunlar ağır keçir. Dildə Kosovo rahat səslənə bilər, amma analiz edəndə baxırsan ki, usta futbolçuları var. Böyük klublarda çıxış edirlər. Amma futbol komanda oyunudur. Hazırlaşmışdıq, göstərişlər verilmişdi”.

Ağayev rəqibin təhlükəli epizodunun olmadığını və yaxşı qapandıqlarını deyib deyib: “Elə də təhlükəli epizodları olmadı. Bir-iki hava topu oldu. Biz də hücum edirdik, amma sonluq olmurdu. Ona görə də qol epizodları görünmürdü. Çətin olacağını bilirdik. Rəqib yaxşı qapanmışdı, ağıllı oynadılar. Analizlər olacaq, baş məşqçi bizə məlumatlar verəcək”.

Kamran Ağayev 68 minlik stadiona 20 minə yaxın azarkeşin gəlməsinə bu cür münasibət bildirib: “Azarkeşləri qınamaq olmaz. Yaşam tərzi və digər şeyləri demək olar. Milləti qınamıram. Gələnə də, gəlməyənə də təşəkkür edirik. Təbii ki, azarkeş qarşısında oynamaq tam fərqli ab-havadır”.

Son yazılar

Yuxarı