"Ağır oyun oldu"
Korner.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən "Bakı"-"Sumqayıt" oyunundan sonra deyib.
"Ağır oyun oldu. Belə olacağını gözləyirdim. "Sumqayıt" klubunu gənc futbolçulara üstünlük verdiyinə görə təşəkkür düşür. Qələbə ağır, amma şirin oldu. Hakimliyə iradım yoxdu, tərəfsiz idi. Rəqibin penalti istədiyi epizodu görmədim. Baş hakim epizoda yaxın idi, üstəlik, rəqib futbolçu da penalti istəməmişdi".