Bojidar Bandoviçin istefasından sonra “Bakı”ya yeni baş məşqçi təyin olunan Milinko Pantiç İspaniya televiziyasına danışıb.
Korner.az-ın məlumatına görə, 47 yaşlı serbiyalı mütəxəssis buradakı şəraitdən danışaraq digər məqamlara toxunub:
“Bakıya səfərimdən razı qaldım. “Bakı”nın yaxşı şəraitinin olduğunu qeyd etmək istərdim. “Baş məşqçiyə əsas işləmək üçün yaxşı şəraitdir ki, “Bakı” mənə bunu yaradır. Onun müasir bazası, öz stadionu var ki, burada məşq edib, oyunlarını keçirmək olar.
Əsas odur ki, “Bakı”nın rəhbərliyinin gələcəklə bağlı böyük planları var. Klubun sahibi bir neçə il uğurlu çıxış edəcək komanda yaratmaq istəyir. Onların sabit oyun və nəticəni görmək istəmələri məni sevindirir".
Pantiç hələ ki komandaya yeni futbolçuların dəvət etməməyi planlaşdırır ki, bunu heyətindəki milli üzvlərinin yaxşı səviyyəli olmaları ilə əlaqələndirir: “Sadəcə, onlarda müsbət keyfiyyətləri görüb, hər şeyi yenidən qurmaq lazımdır. Legionerlərin gətirilməyi mümkündür. Ancaq mən iş başında əvvəl azərbaycanlı futbolçuları görmək istərdim. Mənə elə gəlir ki, “Bakı”da tam yeni komanda qurmaq olar. O, Avropaya çıxmadığından, çempionatın medalçısı olmadığından artıq indidən bütün problemləri həll etmək lazımdır. Bu, növbəti mövsümdə uğursuzluğun təkrarlanmamağı üçün lazımdır”.
Qeyd edək ki, bu gün Bakıya 3 köməkçisi ilə gələn Pantiçlə növbəti həftənin əvvəlində müqavilə imzalanaraq, təqdimatı olacaq.