Premyer Liqanın XIII turunda “Bakı” “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “zolaqlılar” matçın hazırlıqlarını davam etdirir.
Komandanın baş məşqçisi pantiçdə oyunla bağlı fikirlərini bildirib: “Baxmayaraq ki, ilk dövrədə “Neftçi”ni yalnız biz məğlub edə bilmişik- (3:0). Buna rəğmən, rəqib yaxşı təşkilatlana bilir. Həmin qələbə göstərdi ki, komanda istək olanda məqsədinə çata bilir. Çəkindiyim məqam yalnız bəzi halları idarə edə bilməməyimlə bağlıdı. Artıq buna qarşı heç nə edə bilmirik. “Neftçi”yə yeni baş məşqçi gəlib. Ancaq heç kim bir komandanı 5-10 günə tam dəyişdirə bilmir. İdeyam odu ki, mən rəqib yox, “Bakı” haqda düşünürəm. Nə problemləri varsa, özləri həll edir. Rəqibə hörmət, məqsəd qələbə! Bu amalla meydana çıxacağıq”.
