Topaz Premyer Liqasının IX turunda “Qarabağ”ın qonağı olan “Bakı” meydandan 3:0 məğlub ayrılıb.
Korner.az-ın məlumatına görə, klubun baş məşqçisi Milinko Pantiç oyundan sonra açıqlamalrında bu fikirlərə yer verib: “Rəqibi təbrik edirəm, komanda oturuşmuş heyətə malikdir. Fərdi səhvlər ucbatından 10 dəqiqəyə qapımızdan üç top buraxdıq. İlk hissəni rəqibə “hədiyyə” etdik. İkinci hissədə özümüzə gəldik, Mindauqas Kalonasın 4-5 qol epizodu oldu. Təəssüf ki, bu gün bizim günümüz olmadı, top qapıdan keçmədi. İkinci hissədəki “Bakı” mən istəyən kimi oynadı. Yeni qurulan komandayıq, müdafiədə hər bir səhv bizə baha başa gəlir”.