Sabah (30 noyabr 2013) Azərbaycan Topaz Premyer Liqasının 15-ci turunun oyunları keçiriləcək. Komandamız doğma meydanda “İnter”i qəbul edəcək.
Korner.az-ın məlumatına görə, oyunöncəsi son məşqini keçirən komandamızın baş məşqçisi Milinko Pantiç Bakı derbisi barədə fikirlərini açıqlayıb:
“Mənə elə gəlir ki, bu, ilin ən çətin oyunu olacaq. “İnter” fərqli sistemlə çıxış edən özünəməxsus üslubu olan çətin komandadır.
Oyunlarına baxanda bütün mövqelərin “işlədiyi”ni görmək olar. Üstəlik, qol imkanlarından səmərəli istifadə edə bilirlər.
Mən bu komandaya hörmətlə yanaşıram. Onlar indi yüksəlişdədilər.
Baxmayaraq ki, çempionatın əvvəlində rəqib aşağı pillələrdə qərar tuturdu, indi “İnter”in, tədricən, üst mövqelərə qalxması onların, həqiqətən də, güclü olduğunu göstərir”.
