Topaz Premyer Liqasının 14-cü turunun açılış oyununda “Bakı” doğma meydana “Xəzər Lənkəran”la qarşılaşıb.
Korner.az-ın məlumatına görə, ilk hissəsi qolsuz başa çatan qarşılaşmanın taleyini paytaxt klubu futbolçularının ikinci hissədə vurduğu üç qol həll edib (3:0).
Oyundan sonra "zolaqlılar"ın baş məşqçisi Pantiç bu fikirləri səsləndirib: “Komandamdan çox razıyam, qələbəyə görə çox şadam. “Xəzər Lənkəran”da fərdi baxımdan çox yaxşı futbolçular toplanıb. Bu gün 3 gənc futbolçuya oynamaq şansı verdim. Bu futbolçular ölkənin gələcəyidir. Vüqar Mustafayev debüt oyununda gözəl oynadı. Çox qol epizodumuz oldu, yararlana bilmədik, lakin ikinci hissədə üç qol vuraraq qələbə qazandıq. “Bakı” klubunda futbolçuların məvacib almaması haqqında şaiyələr yalandır. Bizim çox yaxşı prezidentimiz var, hər ay əmək haqqımızı alırıq”.
