Rusiyanın Moskva şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ikinci oyununu keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Belarus yığması ilə qarşılaşan futbolçularımız 2:3 hesabı ilə məğlub olub.
Millimizin heyətində Vitali Borisov və Elhad Əhmədov fərqlənib.
Xatırladaq ki, komandamız DÇ-nin seçmə mərhələsində keçirdiyi ilk oyunda İngiltərə yığmasını 4:1 hesabı ilə məğlub etmişdi.