"Artyom Milevskinin "Qəbələ"yə keçidi aktual deyil".
Korner.az-ın məlumatına görə, bu sözləri ukraynalı futbolçunun meneceri Kamil Məmmədov deyib.
Yayda Milevskinin "Qəbələ"yə keçəcəyi deyilsə də, o, Türkiyənin "Qaziantepspor" klubuna üz tutdu. Bir neçə gün əvvəl Super Liqa təmsilçisindən ayrılan ukraynalının Azərbaycanda oynaya biləcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin onun azərbaycanlı meneceri təkzib edib: "Milevskinin meneceri mənəm. Əgər belə bir şey olsa, hamıdan öncə mənim xəbərim olardı. Bu futbolçu "Qəbələ"dən heç bir təklif almayıb"
