“Milan”nın yeni baş məşqçisi
09.10.2019 , 17:46

“Milan”ın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Marko Campaolo ilə yolları ayıran A Seriyası klubu Stefano Pioliyə həvalə edilib. 53 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
İtaliyalı çalışdırıcı illik bir milyon avro maaş alacaq.
