Fransız müdafiəçi Adil Rami ilə uzun müddətdir ki, "Milan" komandası müqavilə yeniləmək istəsə də, futbolçu ilə heç cür razılığa gələ bilmirdi.
Korner.az xəbər verir ki, 28 yaşlı müdafiəçi "rasyonerlər"lə yeni müqavilə imzalamağa razı olub. Təcrübəli stopperin müqaviləsi 2017-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, Rami keçən mövsüm "Milan"ın heyətində 22 matça çıxmışdı.
