“Milan”la müqaviləsini uzatmaq istəyir
13.03.2025 , 15:00
“Milan”ın müdafiəçisi Teo Hernandes gələcəyi ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, fransalı futbolçu Milan təmsilçisindən ayrılmaq fikrində deyil.
Təcrübəli oyunçu İtaliya nəhəngində qalmaq istəyir.
27 yaşlı oyunçu “Milan”la müqaviləsini uzatmaq istəsə də, klub ona hələlik yeni sözləşmə təklif etməyib.
Teonun klubu ilə hazırkı kontraktının müddəti 2026-cı ilə qədərdir.