“Milan”ın yeni hədəfi: Andrey Lunin
09.12.2025 , 14:33
İtaliyanın “Milan” klubu “Real Madrid”in qapıçısı Andrey Luninlə maraqlanan komandalar sırasında yer alıb.
Korner.az xəbər verir ki, “Milan”ın təcrübəli futbolçusu Luka Modriç keçmiş komanda yoldaşına müraciət edərək onun A seriyasına keçidinə təsir göstərə bilər.
2018-ci ildən Madrid klubunda çıxış edən 26 yaşlı Lunin əsas heyətdə özünə yer tapmaqda çətinlik çəkir və çox vaxt ehtiyat qapıçı kimi qalır. Qolkiper bu mövsüm yalnız Çempionlar Liqasının “Olimpiakos”la oyununda (4:3) meydana çıxıb.
Luninin “Real”la müqaviləsi 2030-cu ilin iyununda başa çatacaq.