“Milan”ın vingeri Bundesliqa klubuna keçir
10.01.2025 , 16:55
“Milan”ın vingeri Noa Okafor komandasını dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçunun Bundesliqa klubuna keçəcəyi gözlənilir.
İsveçrə millisinin oyunçusu icarə əsasında “Leyptsiq”də çıxış edəcək.
24 yaşlı Okafor ilə tibbi müayinədən sonra müqavilə imzalanacaq.
O, bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.