“Milan”ın ulduz oyunçusu klubundan ayrılır?
01.04.2025 , 11:00

“Milan”ın ulduz oyunçusu Teo Hernandes yayda klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hazırda Hernandesin xidmətində PSJ və “Mançester Siti”nin maraqlı olduğu iddia olunur.
27 yaşlı müdafiəçi bu mövsüm 40 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
O, 2019-cu ildən “Milan”da çıxış edir.
